Devid Kemeron: Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub

Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir.

Məktubda bildirilir: “Azərbaycan ilə Birləşmiş Krallıq arasında möhkəm ikitərəfli münasibətlərlə fəxr edirəm”.

D.Kemeron qeyd edib ki, mövcud ticarət əlaqələrinin əsasını Britaniyanın BP kimi iri şirkətləri ilə olan münasibətlər təşkil edir. Həmin şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatının neft-qaz sektoruna yatırılan birbaşa xarici investisiyaların iri mənbəyidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO