Deputatlar yol polisindən narazıdırlar

Deputatlar yol polisindən narazıdırlarMilli Məclisin bu gün keçirilən iclasında deputatlar yol polisi ilə bağlı şikayətlərini səsləndiriblər.

Trend-in məlumatına görə, deputat Tahir Kərimli çıxışında bildirib ki, Milli Məclisə gələn zaman yol polisi əməkdaşları onu saxlayıb, lakin cəriməni yerində ödəməyə imkan verməyiblər.

T.Kərimli deyib ki, yol polisi əməkdaşları qanuna-zidd hərəkət edərək, deputat toxunulmazlığına da məhəl qoymayıb.

Deputat Fəzail Ağamalı da yol polisi əməkdaşlarından şikayət edib. O qeyd edib ki, bu məsələyə birdəfəlik son qoyulmalıdır.

F.Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub: “Hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmır. Elə nömrəli avtomobillər var ki, lap saatda 200 km sürətlə gedərkən də saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.

Spiker Oqtay Əsədov isə bildirib ki, xüsusi nömrə məsələsi yoxdur: “Digər tərəfdən, Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz cərimələnrsə, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO