Deputat: Vaxtilə 60-70 nəfərin qarşısından qaçanlar bu gün müharibə təbliğatı aparır

Deputat: Vaxtilə 60-70 nəfərin qarşısından qaçanlar bu gün müharibə təbliğatı aparır“Elə mövzular var ki, onların üzərində siyasət qurmaq olmaz, bu addımı atanlar lənətlənməlidir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda deyib.

Q.Həsənquliyev bildirib ki, vaxtilə 60-70 nəfərin qarşısından qaçanlar bu gün müharibə təbliğatı aparır: “Avropa Şurasında çıxış edən Əli Kərimli demişdi ki, Ermənistan və Azərbaycanda hakimiyyətlər dəyişməyincə, münaqişə həllini tapmayacaq. O zaman hətta “Azadlıq” qəzeti yazdı ki, Əli Kərimli bu çıxışı ingilis dilində oxudu. İndi belə bir adam durub deyir ki, müharibə lazımdır. Bu cür riyakar insanlara qarşı cəmiyyət öz sözünü deməli, münasibətini bildirməlidir”.

Q.Həsənquliyev deyib ki, indi hamı başa düşür ki, Əli Kərimli kimilər adamların vətənpərvərlik hisslərindən istifadə edərək siyasi hakimiyyətə gəlmək istəyirlər: “Onun atəşin dayandırılmasının əleyhinə çıxış etməsinin səbəbi xalqın əhval-ruhiyyəsinin həddindən artıq yüksək olması ilə bağlı idi. Gördü ki, qətiyyətli addımları və ortaya qoyduğu xarakter, şəhidlərə hörmət Prezidentin xalq arasında populyarlığını xeyli dərəcədə artırdı”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO