Deputat İsmayıllıda seçicilərlə görüşüb


Mart ayının 28-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Rayon mərkəzində yerləşən ofisində seçiciləri qəbul edən millət vəkili onların problemlərini dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Gənc kadrların işlə təmin olunması, məişət problemləri kimi məsələlər də qəbula gələn seçicilər tərəfindən səsləndirilib.
Millət vəkili səslənən problemlər barədə əlaqədar qurumlara müraciət edəcəyini bildirib. Bəzi məsələlərin həlli istiqamətində yerindəcə müvafiq addımlar atılıb.
Novruz Aslanov rayonda keçirilən bütün kütləvi tədbirlərdə fəal iştirak edir və seçiciləri ilə mütəmadi olaraq görüşür. Məlumat üçün bildirək ki, Novruz bayramını da millət vəkili seçiciləri ilə bir yerdə rayonda qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO