Deputat: Sahibkarlar və iş adamları da fəal olmalıdırlar

Deputat: Sahibkarlar və iş adamları da fəal olmalıdırlar“Azərbaycanda sahibkarlar və iş adamları üçün yaxşı şərait yaradılıb və ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün hazırda işlər bu gün də davam etdirilir”. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, ölkə başçısı bu məsələləri daim diqqətdə saxlayır və mütəmadi lazımi tapşırıqlar verir: “Vergi yükünün azaldılması ilə bağlı məsələlər artıq qanuni çərçivədə öz həllini tapıb, yersiz müdaxilələr aradan qaldırılır. Sahibkarlar da yaradılmış bu şəraitdən maksimum istifadə etməlidir”.

A.Hüseynov hesab edir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı var və sahibkar da həmin Proqramdan irəli gələn məsələləri ana xətt kimi götürüb hansı regionda hansı işi görmək mümkündürsə, onları müəyyən edib işlər görə bilər: “Çünki artıq bu işlərə mane olan məsələlərin qarşısını almaq üçün cənab Prezident konkret olaraq tapşırıqlar verib”.

Millət vəkili deyib ki, görülən işlər nəticəsində sahibkarlığa məmur müdaxiləsi və digər subyektiv amillər artıq son akkordlarını yaşayır: “Artıq bu müdaxilələr olmayacaq. Sahibkarlar üçün daha da əlverişli şərait yaradılacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO