Dağlıq Qarabağla bağlı qərəzli reportaja görə Almaniyanın “Deutschlandfunk” radiosuna etiraz edildi

Dağlıq Qarabağla bağlı qərəzli reportaja görə Almaniyanın “Deutschlandfunk” radiosuna etiraz edildiAlmaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi yanvarın 10-da Almaniyanın “Deutschlandfunk” radiosunda yayımlanan “Mövcud olmayan ölkədə” adlı reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, reportajın müəllifi Sven Toniges adlı jurnalist bir qrup alman turistlə birgə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedib və tamamilə qərəzli bir reportaj hazırlayıb.

Etiraz məktubunda bildirilir ki, jurnalist və turistlərdən ibarət qrup Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərə gəlib. Bu səbəbdən də Ermənistanın işğalı altında olan və dünya dövlətləri tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağa edilən bu səfər qeyri-qanuni xarakter daşıyır.

Məktubda deyilir: “Minlərlə azərbaycanlını bir araya gətirən bir təşkilat olaraq bildiririk ki, jurnalist Tonigesin bu formatda səfəri Almaniya-Azərbaycan münasibətlərinə ciddi zərbədir. Almaniya regionda vacib rola malikdir və mütəmadi şəkildə Avropa Birliyinə öz tövsiyələrini təqdim edir. Buna görə də alman cəmiyyəti bu cür münaqişələri düzgün təsvir etməlidir”.

Məktubun sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi radionu obyektiv olmağa və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO