Dərmanların süni bahalaşmasının qarşısını almaq üçün yeni təklif

Dərmanların süni bahalaşmasının qarşısını almaq üçün yeni təklifAzərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli qiymətlərlə satılması hallarına rast gəlinir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanların fərqli qiymətlərlə satılması doğru deyil: “Qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanlar eyni qiymətə satılmalıdır. Dövlət tənzimlənməsinin də məqsədi məhz bundan ibarətdir. Bəzən apteklərdə dərmanların qiymətlərində 5-10 faizlik fərq olur. Amma bu, olmalı deyil”.

M.Quliyev bildirib ki, belə halların qarşısını almaq üçün Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin monitorinq qrupu olmalıdır və bu məsələləri araşdırmalıdır.

M.Quliyev hesab edir ki, bu cür halların qarşısını almaq üçün apteklərdə elektron lövhələrin quraşdırılması da mümkündür: “Elektron lövhələrdə göstərmək olar ki, hansı dərmanın qiyməti tənzimlənir və qiyməti neçəyədir. Vətəndaş da dərmanların qiymətini lövhədə görə bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO