Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər:
Babanlı Yusif Məmməd oğlu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülüb;
Nurullayev Fuad İzzət oğlu – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülüb;
Qafarova Zemfira Həsən qızı – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülüb.