Cavid Orucovun ləyaqət və mənlik alveri…

Cavid Orucovun ləyaqət və mənlik alveri...Bir Qarabağ müharibəsi veteranı, bir vətəndaş kimi məni bu yazını yazmağa vadar edən səbəb uzun müddət erməni quldur dəstələrinə, onların qaniçən rəhbərlərinə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuş, anaların, bacıların göz yaşlarını, məsum və günahsız körpələrin donmuş cəsədlərini görmüş bir şəxsin içərisindən gələn hayqırtı və nərədir. Daha doğrusu bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə adı hallanan, öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana müraciət edən Cavid Orucovun əməlləridir.

Görünür ki, bu gədənin gəda hərəkəti ermənilərə ləzzət verib, onlar da bu bədbəxt ailənin acınacaqlı gələcəyi üzərində, qaniçən, əlləri Azərbaycanın hər bir ailəsinin qanına batmış rəhbərləri ilə birlikdə bu fürsətdən öz maraqları üçün istifadə edirlər. Nə yaxşı əllərinə belə Orucov kimi bir ləyaqətsiz keçib.

Orucov bədbəxt adamdır, alçaqdır. Hara gedirsən get, özün bilərsən, ancaq Ermənistana yox! Onların ağzına düdük verməyə yox!

Məlumdur ki, səni ermənilər birdəfəlik məişət əşyası kimi istifadə edib atacaqlar. Səni kimdir orada qəbul edən, fikrin üçüncü ölkəyə rədd olmaqdır. Cəhənnəmə get! O qədər mühacirət edənlər var ki, biri adını siyasi, o biri dini, digəri cinsi azlıq və s. qoyur. Sən adını nə qoyursan? Sənin bir adın var – ALÇAQ. Çünki sən özün cəhənnəm, şuşalı olduğunu unutdun, burada anan, qardaşın, yaxın qohumların olduğunu unutdun.

Sən ən müqəddəs bildyin nəyə and içsən də, heç kim sənə inanmaz ki, qaynananın vəfat etmiş atasının milliyyətcə erməni olduğu üçün Azərbaycanda kim tərəfindənsə incidilmisən. Çünki dünyada Azərbaycan kimi ikinci bir ölkə yoxdur ki, bu baxımdan siyasəti olsun. Adam kişi olar, heç olmasa başqa şey fikirləşəydin. Niyə demirsən ki, Polşadan olan yəhudi qohumun da olub. Sən ikinci dəfə evlənəndə də belə hesab götürmüsən, səni heç ailə də maraqlandırmır. Rusiyada baş açmamısan, Norveçdə alınmayıb, Azərbaycana qayıtmısan. Almaniyanın və İsrailin Azərbaycandakı səfirliklərinə müraciətlər etsən də, razılıq ala bilməmisən. Çünki orada oturanlar da sənin cəfəngiyyat danışdığının şahidi olublar.

Əgər sənə hər hansı təzyiq olsa idi, sən çoxdan mətbuatda çıxışlar edərdin, şükür olsun ki, bu saat Azərbaycanda media demokratik bir durumdadır, nə istəsən yaza və danışa bilərsən.

Orucov, kəsəsi, sən Ermənistandan sığınacaq istəməklə, Azərbaycan reallıqlarını saxtalaşdırmağa çalışmaqla, hələ heç bir azərbaycanlının etmədiyi ən ləyaqətsiz hərəkəti etmisən və bunun altını çəkəcəksən, geci-tezi var. Çox heyif ki, bu işlərdə məsum və günahsız körpələrdən də istifadə edirsən. Elə buna görə də qurmağa çalışdığın o təmtəraqlı həyat tar-mar olmalıdır. Çünki sən Azərbaycanı, Vətəni və bu vətən üçün canından keçmiş şəhidlərin ruhunu, Azərbaycan bayrağı qalxanda, himni çalınanda göz yaşlarını içərisində boğan Vətən oğullarını satmısan…

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO