Buş Obamanı Ağ Evə dəvət etdi

Buş Obamanı Ağ Evə dəvət etdi  ABŞ prezidenti Corc Buş seçkidə qalib gəlmiş Barak Obamaya zəng vuraraq, onu təbrik və Ağ Evə dəvət edib. Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Corc Buş “Sizi təbrik edirəm, Siz, ailəniz və tərəfdarlarınız üçün möhtəşəm gecə idi. Həyatınızın ən böyük səfərlərindən birinə çıxırsınız, bu səfərin zövqlü keçməsini arzulayıram”, deyə bildirib. O, bundan sonra Barak Obamanı və ailəsini Ağ Evə dəvət edib. Corc Buş daha sonra digər namizəd Con Makkeynə zəng edərək ona təsəlli verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO