“Bu işdən böyük pul qazananları axtarmaq lazımdır “

"Bu işdən böyük pul qazananları axtarmaq lazımdır"Küçələrdə hansısa xidmət və ya malı reklam edən vərəqələrin insanlara paylanılması reklam hesab edildiyindən vergi orqanları bununla bağlı qeydiyyat aparmalıdırlar.

Bunu Trend-ə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib.

Onun sözlərinə görə, həmin vərəqələrdə göstərilən məlumatlar əsasında reklam olunan malın satıldığı ünvanı müəyyənləşdirmək mümkündür: “Bunların qeydiyyatını vergi orqanları aparmalıdır. Bu işləri əsasən, gənclər görürlər. Onlar bu fəaliyyətə görə gənclərə müəyyən qədər faiz ödəyirlər. Gənc 10-15 manat qazanır, ancaq bu işdən böyük pul qazananları axtarmaq lazımdır”.

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov isə Trend-ə deyib ki, reklam vərəqələrini paylayanlar qeyri-formal əmək bazarının iştirakçılarıdır. Bu işə cəlb olunanlar müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olurlar: “Onlarla müqavilə bağlanılmır. Onlar bu işləri adətən, avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi yerlərdə görürlər. Bu işdə risklər də çoxdur. Çox şahidi olmuşam ki, vərəqələri paylayanlar özlərini avtomobilin altına atırlar. Sabah onların başına bir hadisə gələrsə, onlar formal olaraq, məhkəməyə müraciət edə bilərlər. Bununla nəyəsə nail ola bilərlər. Amma əmək münasibətləri rəsmi olmadığına görə, işəgötürənlər faktı çox asanlıqla inkar edə bilərlər. “Mən onu tanımıram, biz ona belə tapşırıq verməmişik” – deyərək vəziyyətdən çox asanlıqla çıxacaqlar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO