Bu il minimum əmək haqqı və pensiyaların baza hissəsi artırılacaq

Azərbaycanın 2011-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklərdə minimum aylıq əmək haqqı və pensiyaların baza hissəsinin də artırılması nəzərə alınacaq.

Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, büdcəyə dəyişikliklərdə Bakı və ətraf qəsəbələrin inkişafı proqramının maliyyələşdirilməsi məsələləri də əksini tapacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO