Britaniyanın nüfuzlu qəzeti Azərbaycanın qədim çövkən oyunundan yazıb

Böyük Britaniyanın nüfuzlu “The Telegraph” qəzeti Azərbaycanın qədim çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə 2003-cü ildən UNESCO-nun dünyadakı qeyri-maddi mədəni irslərin siyahısını tutduğu bildirilir. Dünaynın ən maraqlı adət-ənənələrinin sıralandığı siyahıda Azərbaycanın qədim çövkən oyununun özünəməxsus yeri olduğu bildirilir.

Məqalədə həmin siyahıdan seçilmiş müxtəlif ölkələrin qeyri-maddi mədəni irsləri oxucuların diqqətinə çatdırılır. Ekvador, İtaliya, Belçika, Peru, İspaniya və Türkiyənin yer aldığı qəzetin siyahısında Azərbaycan ilk sırada qeyd edilib.

Yazıda həmçinin çövkən oyunu haqqında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan videoçarx (http://www.telegraph.co.uk/news/worldnews/11183800/From-Turkish-coffee-to-human-towers-Unescos-intangible-heritage.html) yerləşdirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO