Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stayanov (1997-2002) xüsusi müraciət edib.
“Gözəl ölkəniz Azərbaycana dünyanın siyasi, elmi, mədəni elitasının ən nüfuzlu simalarını gətirərək Azərbaycan və regionda açıq cəmiyyət mövzusunda müzakirələrin təşkil olunması təşəbbüsü çox önəmli bir addımdır. Belə bir mötəbər və nüfuzlu dünya miqyaslı tədbirdə iştirak etmək hər birimiz üçün çox önəmli hadisədir”- deyə Petar Stayanov müraciətində qeyd edib.
Publika.Az-ın verdiyi xəbərə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-den çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.
Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.