Müasir Müsavat Partiyasının sədri bəyan edib ki, keçmiş prezident Əbülfəz Elçibəyin Əli Kərimlinin evində zəhərlənməsi tam sübuta yetirilib.
“Artıq 110 nəfərə qədər adam dindirilib. O cümlədən, Əbülfəz Elçibəyi Türkiyədə müalicə edən həkimlərin ifadələri alınıb. Verilən şahid ifadələrində tam sübuta yetirilib ki, Əbülfəz Elçibəy Əli Kərimlinin evində keçirilən ad günündə zəhərlənib”, – Trend-in məlumatına görə, bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev jurnaistlərə deyib.
O qeyd edib ki, Əli Kərimli artıq “içəri”dədir, onun məsələsi bitib. Hacıyevin sözlərinə görə, Elçibəyin qardaşı oğlu da bu barədə ciddi açıqlamalar verdi və ona uyğun olaraq hüquq-mühafizə orqanları müəyyən işlər görür.
Hacıyevin sözlərinə görə, təxminən 10-15 günə Əli Kərimli istintaqda ifadə verməlidir.