“Binə ” Ticarət Mərkəzində 45 mağaza yanıb

Fövqəladə Hallar Nazirliyi “Binə” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yaydı.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermişdir.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunmuşdur.

Ticarət Mərkəzinin 4-cü və 5-cı sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv. m sahədə yanmışdır.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunmuşdur. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO