“Beynəlxalq təşkilatların bir sıra hesabatlarında yoxlanılmamış, müəyyən qərəzli məqamlar yer alır”

“Azərbaycan hökuməti bütün beynəlxalq təşkilatlarla, o cümlədən “Transparency İnternational”, “Human Right Watch” və “Freedom House” ilə səmərəli əməkdaşlıq edir”. Bunu YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan hökumətinin adı çəkilən təşkilatlarla işləməməsi barədə iradlara münasibət bildirərkən deyib. Ə. Əhmədov bildirib ki, bunu sübut etmək üçün ortada kifayət qədər fakt var. O, bir sıra hesabatlarda yoxlanılmamış, müəyyən qərəzli məqamlar yer aldığını qeyd edib: “Bununla bağlı biz də faktlar əsasında mövqelərimizi onlar çatdırırıq”.

YAP funksioneri “Transparency İnternational” təşkilatının 2011-ci il üçün Korrupsiyanı Qavrama İndeksi ilə bağlı hesabatında Azərbaycana verdiyi reytinqin real vəziyyətə uyğun olmadığını vurğulayıb: “Bu sıralama Azərbaycan hakimiyyəti və hökumətinin korrupsiyaya qarşı mübarizə və səylərinə uyğun gəlmir. Azərbaycanda əhalinin böyük əksəriyyəti də bu məsələ ilə bağlı fərqli düşünür. Mən demirəm ki, Azərbaycanda korrupsiya yoxdur. Azərbaycan hökuməti də bunu etiraf edib, eyni zamanda bunun aradan qaldırılması istiqamətində mübarizə aparır. Siyasi iradə ortadadır, bu istiqamətdə ciddi işlər görülür və görüləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO