Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin Bakıda keçirilməsi haqqında müqavilə bağlanıb

Aprelin 18-də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.
Günün sonunda konqresin bağlanışına həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO