Beynəlxalq təşkilat: Seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına uyğun və şəffaf keçiriləcəyini sübut edir

Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir. Trend-in məlumatına görə, bu barədə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) hazırladığı analitik yazısında qeyd olunub.
Materialda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycanın əleyhinə olan qərəzli məqamlara da aydınlıq gətirilib:
“Hazırki hesabatda göstərəcəyimiz kimi, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı yoxdur”.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi məqalədə qeyd edir ki, bu günə kimi ATƏT-in hesabatlarında deyilir ki, “seçki Ermənistan ilə davam edən münaqişə şəraitində keçəcək və Azərbaycanın əhəmiyyətli hissəsinin işğal altında olması, çox sayda məcburi köçkünün olması seçkilərin idarəsini çətinləşdirir”.
Sözügedən məqalədə qeyd olunur ki, qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT-in tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz:
“ATƏT-in Seçkiləri Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq artıq tətbiq olunub”.
Məqalədə, həmçinin bildirilir ki, elektron media tamamilə azaddır və adətən höküməyə qarşı kəskindir:
“Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir. KİV-in keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu”.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi qeyd edir ki, 40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır.
“11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir. Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar”.
Məqalədə vurğulanır ki, qanun seçicilərin və namizədlərin hüquqlarını geniş şəkildə müdafiə edir: “Aydındır ki, bəzi dəqiq problemlərin, xüsusilə ucqar dağ rayonlarında səsvermə əməliyyatlarının lazımi qaydada həyata keçirilməsinə zərər verə biləcəyi iddia edilə bilər. Buna baxmayaraq, bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan torpağının böyük hissəsinin öz erməni qonşusu tərəfindən işğal edildiyi səbəbindən müharibə şəraitində olan gənc demokratik dövlətdir. Bu amilləri nəzərə alaraq, demokratiya və insan hüquqlarının təşviqinə həsr edilmiş beynəlxalq təşkilatın yalnızca 20 ildə əldə edilən irəliləyişləri daha məmnuniyyətlə qarşılaması gözlənilən olardı.”
Sözügedən məqalədə, həmçinin vurğulanıb ki, geniş şəkildə demokratik dövlətlər kimi tanınan bir sıra ölkələrdə səsvermə əməliyyatları qüsursuz deyil. Məqalədə qeyd olunur ki, hökümət, və hər kəsdən öncə Prezident İlham Əliyev müharibə şəraitində olan inkişaf etməmiş bir keçmiş sovet respublikasını müasir bir dövlətə çevirə bilmə etimadını qazanıb: “Prezidentin tərəfdaşları da həmçinin dövlət məsələlərini idarəetmə sahəsində səriştəsinə görə ona minnətdardırlar, bu “Azərbaycana sabitlik, tərəqqi və artmaqda olan çiçəklənmə gətirmişdir, halbuki digər keçmiş sovet respublikaları hələ də siyasi qarışıqlıq və iqtisadi tərəddüdə məruz qalmışlar”.
ATƏT-in hesabatında bildirdiyi və bizim vurğuladığımız bu məqamlar Azərbaycan Respublikası və Ermənistan Respublikasında vəziyyəti izah etməyə gəldikdə yol verilən ikili standartların göstəricisidir. ATƏT ekspertlərinin Ermənistanda tam məmnun şəxslər tapdığı halda Azərbaycanda seçki sisteminə qarşı yalnız qəzəbli mövqe bildirən şəxslərlə rastlaşmasına inanmaq qeyri-mümkündür.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi sözügedən məqalədə qeyd edir ki, Azərbaycanın həm enerji resursları, həm də Rusiya, Türkiyə və İranla qonşuluq baxımından unikal geosiyasi mövqeyi bu ölkəni dünyanın böyük qüvvələri üçün əsas fikir obyektinə çevirir:
“Azərbaycanı Belarusa (EuFoA, 2011) və ya Əfqanıstan “Taliban”ına (EAFJD, 2009) bənzədib təcavüzkar avtoritar rejim kimi təsvir etmək Azərbaycana qarşı hücum etmək deməkdir”.
Məqalədə vurğulanır ki, inkar etmək olmaz ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır və hətta bu bölgədə bir sira ölkələr və hökümətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO