Bədii gimnastika üzrə ÕÕ Bakı birinciliyinin qalibləri müəyyən olunub

Şənbə günü bədii gimnastika üzrə ÕÕ Bakı birinciliyinin ikinci günü keçirilib. Yarış fevralın 1-də başlayıb.

Yarış altı yaş qrupunda (seniyorlar və yuniorlar, eləcə də 2001-2002, 2003, 2004 və 2005-ci illərdə anadan olanlar) keçirilib.

Birincilikdə 93 gimnast, eləcə də üç qrup kollektivi iştirak edib.
Bakı Gimnastika Məktəbi və “Neftçi” klubu, Respublika Kompleks İdman Məktəbi və “Spartak” klubu, DİN İdman Cəmiyyəti və “Sərhədçi” klubu ilə yanaşı yarışda “Bakı” Peşəkar İdman Məktəbinin və Nizami rayonunun gənclər yaradıcılıq Mərkəzindən olan idmançılar da iştirak ediblər.

Bugünki yarışın nəticələrinə görə ən yuxarı yaş kateqoriyası, yuniorlar və qrup komandaları arasında ən yaxşı üçlük müəyyən edilib.

Yuxarı yaş kateqoriyasının ən yaxşıları Lalə Yusifova (birinci yer), Aişə Mustafayeva (ikinci yer),Marina Dununda (üçüncü yer) olublar.
Yuniyorlar arasında ən yaxşı üçlük Veronika Ömərova (birinci yer), Jalə Piriyeva (ikinci yer), Züleyxa İsmayılova (üçüncü yer) olublar.

Qrup komandaları arasında ən yaxşıları “Sərhədçi” (birinci yer), “Bakı” Peşəkar İdman Klubu (ikinci yer), DİN İdman Cəmiyyəti (üçüncü yer) olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO