Baş nazirin müavini: Polşa Azərbaycanda enerji resurslarının emalında iştirak etmək niyyətindədir

Avropa enerji resurslarının təhlükəsiz ixracının təmin edilməsi ilə bağlı yeni siyasət çərçivəsində Azərbaycanın bu sahədə potensialını mütləq nəzərə almalıdır. Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski belə hesab edir.

Trend-in məlumatına görə, o, Varşavada azərbaycanlı jurnalistlərlə görüşdə deyib: “Biz Azərbaycanın Türkiyədən keçən qaz kəmərinin [TANAP] tikintisi layihəsinin reallaşdırılması üçün hansı səylər göstərdiyini gözəl anlayırıq. Avropa enerji resurslarının təhlükəsiz ixracının təmin edilməsi ilə bağlı yeni siyasət çərçivəsində Azərbaycanın bu sahədə potensialını mütləq nəzərə almalıdır”.

Onun sözlərinə görə, Polşa üçün təkcə Azərbaycanla təbii qazın alınması üzrə deyil, həm də qaz kəmərinin tikintisi üzrə əməkdaşlıq daha çox maraq kəsb edir.

Qeyd edək ki, TANAP layihəsi “Şahdəniz” yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO