Baş nazirin müavini: Ermənistana silah satılması Cənubi Qafqazda sabitliyin pozulmasına cəhddir

Baş nazirin müavini: Ermənistana silah satılması Cənubi Qafqazda sabitliyin pozulmasına cəhddirTəcavüzkar dövlət olan Ermənistanın bir çox beynəlxalq qurumlar tərəfindən də Azərbaycanın torpaqlarını işğal etməsini təsdiq edildiyi halda, o dövlətə silah sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına əlavə addımlar deməkdir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasına münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistana silah satılması ikili standart, bölgədə sabitliyin pozulmasına cəhddir.

Baş nazirin müavini vurğulayıb ki, bəzi hallarda bu silah sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: “Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistan bunların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirir. Bəhanəni də həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO