Bakının tanınmış kinoteatrının yerində möhtəşəm bina tikiləcək

Bakının tanınmış kinoteatrının yerində möhtəşəm bina tikiləcək. Milli.Az-ın məlumatına görə, vaxtilə Yasamal rayonu ərazisində yerləşən “Qələbə” kinoteatrının ərazisidə indi möhtəşəm ofis binası tikilir. Hazırda binanın bir neçə mərtəbəsi tikilib. İşlər tam sürətlə davam etdirilir. Onu da əlavə edək ki, həmin kinoteatrda əvvəllər Dövlət Film Fondu da yerləşirdi.
Yasamal Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, bina özəl şirkət tərəfindən inşa olunur. Binanın uzunluğu 72,4, hündürlüyü 26, eni isə 37,8 metr olacaq. İşlərin gələn il başa çatdırılması planlaşdırılıb.

Milli.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO