Bakıda yeni aerovağzal kompleksinin istismara veriləcəyi ilkin tarix məlum oldu

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi 2014-cü ilin yazında istismara verilə bilər. Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-dəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda binanın tikintisi başa çatıb və artıq daxili işlər aparılır.

Mənbə qeyd edib ki, işlər sürətlə gedir: “Kompleks bu ilin yazında istismara verilə bilər”.

Yeni aeroport üç milyon sərnişinə xidmət edəcək. Kompleksin sahəsi 58 min kvadratmetr təşkil edəcək. Yeni təyyarə vağzalının dördmərtəbəli binası üçbucaq formasında olacaq. Yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə edilən ən son elmi-texniki nailiyyətlər tətbiq ediləcək.

Yeni təyyarə vağzalında sərnişinlərə xidmət ən yüksək beynəlxalq standartlara uyğun təşkil ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO