Bakıda “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi ” adlı konfrans keçirilir

“Azərbaycanın NATO ilə əlaqədlərinin 20 illiyi münasibəti ilə keçirilən konfrans sadəcə bir-birimizi təbrik etmək deyil, eyni zamanda nailiyyətlər, çatışmazlıqlar və gələcək addımlar haqqında müzakirə aparmaq üçün və səmərəli uğurlu nəticələr əldə etmək üçün yaxşı bir müzakirə müstəvisidir”. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi” adlı konfransda çıxış edərkən deyib.

A.Əzimov bildirib ki, bu gün Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi qeyd olunur: “Biz NATO-nun bu günü və gələcəyi ilə bağlı gözləntilər üzrə müzakirələr aparacağıq, NATO-da baş verən proseslərin həllini müzakirə edəcəyik”.

NATO baş katibinin müavini Sorin Dukaru isə Azərbaycan və NATO arasında əlaqələrin səmərəli inkişafını qeyd edib.

S.Dukaru konfransda çıxış edərkən deyib ki, 2014-cü il Azərbaycan və NATO arasında əməkdaşlıqda mühüm mərhələdir, çünki bu il koalisiya qüvvələri Əfqanıstandan çıxarılacaq: “Azərbaycan bizim üçün tranzit imkanlar açdı. O cümlədən, bu il biz qüvvələrimizi Əfqanıstandan çıxarırıq. 2014-cü ildən sonra bizim Əfqanıstanda olmağımız başqa müstəvidə həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, praktiki əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müdafiə sahəsində keçirilən islahatları da dəstəkləyirik”.

S.Dukaru qeyd edib ki, tərəflər 80-ə yaxın birgə tədbir keçirib ki, bu da öz növbəsində praktiki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO