Bakıda pulsuz Wi-Fi-ya çıxış nöqtələrinin sayı artırılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır. Bunu çərşənbə axşamı Trend-ə İB-dən deyiblər.

İB-dən qeyd ediblər ki, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq: “Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək”.

Birlikdən bildiriblər ki, İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna “Delta Telecom” provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir”.

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO