Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə nərdivan vasitəsilə qalxaraq pəncərədən içəri daxil olublar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO