Bakıda Beynəlxalq Frankofoniya Təşkilatına həsr olunmuş tədbir keçirilib

Bakıda Beynəlxalq Frankofoniya Təşkilatına həsr olunmuş tədbir keçirilibMisir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Frankofoniya – fransızdilli ölkələrin əməkdaşlıq təşkilatına həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Frankofoniya təşkilatı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Xanım diplomatın sözlərinə görə, Frankofoniya Beynəlxalq Təşkilatının əsası 1970-ci ildə qoyulub. Əsas mərkəzi Parisdə yerləşən təşkilatın üzvlərinin ümumi sayı 56 ölkədən ibarətdir. Təşkilat 1986-cı ildən etbarən mütəmadi şəkildə müxtəlif ölkələrdə böyük sammitlər keçirib. Misir, Kanada, Fransa, Kipr, Latviya, Mavritaniya, Nigeriya və digər ölkələr təşkilatın üzvləridir.

Daha sonra tədbirdə məşhur misirli rejissor Yusif Şahinin müəllifi olduğu “El Masr” (“Tale”) adlı filmin nümayişi olub.

Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin, Mərakeşin Azərbaycandakı səfirləri, Səudiyyə Ərəbistanı, Fransa və Özbəkistanın Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO