Bakıda Azərbaycan və Sloveniya arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılacaq

Bakıda Azərbaycan və Sloveniya arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılacaq

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Sloveniyanın müdafiə naziri Roman Yakiç Bakıya işgüzar səfərə gələcək.
Sloveniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bilidiriblər ki, səfər avqustun 29-30-da baş tutacaq.
Yakiçin Azərbaycana səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, sloveniyalı nazirin azərbaycanlı həmkarı ilə yanaşı, digər rəsmilərlə də görüşləri planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO