Bakıda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib

u gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Azəryolservis” ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxaq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri iştirak ediblər.

İclasın sonunda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın protokolunun imzalanması nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO