Bakı sürücülərinə müraciət olundu

Bakıda mərkəzi yollardan biri təmir işləri ilə əlaqədar bağlanıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb.

Onun sözlərinə görə, aprelin 6-da hərəkət dayandırılmadan 300 metrdən artıq məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi ilə qaşınması həyata keçirilib: “Artıq həmin ərazi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb. Hazırda yeni asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Aprelin 8-i səhər saatlarından etibarən yeni asfalt-beton örtüyünün vurulmasına başlanılacaq”.

Bununla əlaqədar, P.Mürsəliyev sürücüləri alternativ yollardan istifadə eməyə çağırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO