Bakıda yağan güclü yağışla əlaqədar, elektrik enerjisinin abonentlərə verilməsində ümumən ciddi problemlər müşahidə olunmayıb.
“Bakıelektrikşəbəkə” ASC-dən Trend-ə verilən məlumata görə, işığın kəsilməsi yalnız paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində olub.
Məlumata əsasən, yaxın vaxtlarda bu problem aradan qaldırılacaq.
Hal-hazırda bu istiqamətdə işlər görülür.