Aprelin 27-28-də Bakıda Türkiyənin dövlət və özəl universitetləri, orta ixtisas təhsili müəssisələri və onların yataqxanalarının iştirakı ilə təhsil sərgisi təşkil olunacaq.
Sərginin təşkilatçısı olan “Akademi Group” şirkətindən bazar ertəsi Trend-ə bildirilib ki, yalnız Türkiyə təhsil ocaqlarının qatılacağı sərgidə 30-dan artıq qurum iştirak edəcək. Tələbələrə yüksək keyfiyyətli təhsil imkanları, yataqxanalar və s. barədə ətraflı məlumat veriləcək. Sərgidə Türkiyə universitetlərində pulsuz təhsil imkanları ilə bağlı təqdimatlar da keçiriləcək.
Sərgidə Uludağ Universiteti, İzmir Yaşar Universiteti, Aydın Universiteti, Atatürk Unviersiteti, Orta Doğu Texniki Universiteti, Akdeniz Universiteti və digər ali təhsil ocaqları təmsil olunacaq. Sərgi saat 12:00-18:00 arası baş tutacaq.
Qeyd edək ki, “Akademi Group” şirkəti tərəfindən təşkil olunacaq sərgidə Azərbaycan Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.