Bülbül prospektinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
Sürücülərdən alternativ yol kimi Səməd Vurğun küçəsindən istifadə etmələri xahiş olunur.