Bakıda ilk 3 ayı ərzində 153 minə yaxın sürücü cərimələnib


Bu il yanvarın 1-dən mart ayının 30-dək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı paytaxtda yol hərəkətində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədi ilə görülmüş işlər nəticəsində 152810 inzibati protokol tərtib edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Əsədovun sözlərinə görə, onlardan 770-i avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 1019-u qəza şəraiti yaratdığına, 546-sı yol polisinin əmrinə tabe olmadığına, 3221-i işqforun qırmızı işığında keçdiyinə görə, 11106-sı sürət həddini aşdığına, 511-i avtomobili dövlət nömrə nişanı olmadan idarə etdiyinə, 1197-i sərnişindaşıma qaydalarını pozduğuna, 10068-i ötmə-manevretmə və yolayrıclarını keçmə qaydalarının pozulmasına, 59-u avtoxuliqanlığa, 1653-ü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə, 4569-u avtomobilin qanunla icazə verilməyən pərdə və plyonkalı idarə edilməsinə, 81236-i isə digər qayda pozuntularına görə tərtib edilib.
Bundan başqa, yol-hərəkət qaydalarını pozduğuna görə 24427 piyada saxlanaraq inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, 2013-cü ilin yanvarın 1-dən mart ayının 30-dək 251 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO