Bakıda Avronest PA Enerji təhlükəsizliyi məsələləri komitəsinin iclası keçiriləcək

Bakıda fevralın 12-13-ü Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi məsələləri komitəsinin iclası keçiriləcək. Bu barədə Trend-ə millət vəkili, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin üzvü Fuad Muradov bildirib.
Onun sözlərinə görə, iclasda Azərbaycanın enerji siyasəti ilə bağlı bir sıra məsələlər, ölkənin iştirakı və təşəbbüsü ilə həyata keçirilən irihəcmli enerji layihələri, həmçinin Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu müzakirə olunacaq.
Komitənin iclasında Avropalı deputatlar, həmçinin enerji sahəsində olan mütəxəssislər iştirak edəcəklər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO