Bakı yol polisi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakı yol polisi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yağışlı hava şəraiti hələlik paytaxt küçələrində tıxac yaratmayıb.
Polis tıxacların yaranmaması üçün gücləndirilmiş iş rejimində işləyir.
Bölmə rəisi sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yol hərəkətində iştirak etməməyi, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO