Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel Beynəlõalq Yer Günü ilə əlaqədar Bakı-Qazax magistral avtomobil yolunun sol hissəsində (Qaradağ rayonu ərazisində) iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə, nazirliyin 300-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilib.
Qeyd edək ki, 22 aprel Beynəlxalq Yer Gününun keçirilmə ənənələri ÕIÕ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.