Azərbaycanın təhsil müəssisələrində Heydər Əliyevin yubileyi geniş qeyd ediləcək

Azərbaycanın təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirlər planında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans və simpoziumların, müsabiqələrin, musiqi festivallarının, sərgilərin, idman yarışları və “dəyirmi masa”ların təşkilinə xüsusi önəm verilib.
Bu tədbirlərin keçirilməsində Təhsil Nazirliyinin yaxından iştirakı nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO