Azərbaycanın millət vəkili İsrail səfiri ilə görüşüb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq əməkdaşlığı genişləndirməkdə və xarici tərəfdaşları ilə əlaqələri daha da inkişaf etdirməkdədir. Belə ki, fevralın 11-də İsrailin MASHAV təşkilatının (İsrailin Beynəlxalq İnkişaf və Yardım Agentliyi) rəhbəri Daniel Carmon və İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov arasında görüş keçirilib.
Görüşdə, həmçinin MASHAV-ın Treninq Departamentinin rəhbəri Mattanya Cohen İsrailin Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini və ikinci katib Ronen Krausz, AzQAC-ın icraçı katibi Bəylər Talıbov və icraçı katibin müavini Şaban Şayev də iştirak ediblər.
Görüş potensial əməkdaşlıq və peşəkar treninqlər sahəsində təşkilatlarımız arasında tanışlıq məqsədi daşıyıb. Görüş çərçivəsində cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov qonaqları salamlayaraq iki milli cəmiyyət arasındakı mövcud əlaqələr, birgə keçirilən layihələr barəsində söz açıb.
Qonaqlar, öz növbəsində, iki ölkənin milli cəmiyyətləri arasındakı mövcud əlaqələrin qənaətbəxş olduğunu qeyd edərək onun daha da genişləndirilməsini vurğulayıb və gələcəkdə humanitar sahədə atılacaq birgə addımların strateji istiqamətlərini müəyyənləşdiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO