Hakim Yeni Azərbaycan Partiyasının V qurultayı iyun ayının əvvəlində keçiriləcək. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Novruzov bildirib ki, artıq rayon-şəhər təşkilatlarının əksəriyyətində konfranslar yekunlaşıb: “Mayın 31-dək demək olar ki, hamısı yekunlaşır və nümayəndələr seçilib, iyunun əvvəlində isə V qurultay baş tutacaq”.
Xatırladaq ki, YAP-ın IV qurultayı 2008-ci il avqustun 2-də keçirilib.