Azərbaycanın diplomatik nümayəndəliklərinin sayı 87-yə çatıb

Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ildə 12 ölkəyə və beynəlxalq təşkilatın mənzil-qərargahına səfər edib, 21 ölkənin dövlət və hökumət başçıları isə Azərbaycanda qəbul edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2012-ci il üçün yekun mətbuat buraxılışında bildirilir.

Qeyd olunur ki, ötən il Azərbaycan əlavə olaraq 2 ölkə ilə diplomatik münasibətlər qurub. Həmçinin İsveçrə Konfederasiyası, Braziliya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Monteneqroda Azərbaycanın diplomatik nümayəndəliyi təsis edilib, Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikası Azərbaycanda öz diplomatik nümayəndəliyini açmışdır.

Beləliklə, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında diplomatik və konsulluq nümayəndəliklərinin sayı 87-yə çatıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO