Azərbaycanın deputat və nazirlərdən ibarət nümayəndə heyəti Polşada görüşlərini davam etdirir

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətimiz əhəmiyyətli görüşlər keçirib. “Azadinform” xəbər verir ki, Krakov görüşləri Strateji Təlimlər İnstitutunda, Krakov İqtisad Universitetində və qədim ənənələrə malik Yagellon Universitetində baş tutub.
Strateji Təlimlər İnstitutunda qonaqları təsisatın direktoru səmimi salamlayıb. Azərbaycan Respublikası Sənaye və Energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov və digər nümayəndələr çıxış edərək Bakı-Varşava əməkdaşlığının perspektivlərindən danışıblar.
Krakov İqtisad Universitetində keçirilən görüş zamanı ali məktəbin rektoru Andjey Çoçol və prorektor Andjey Sokolovski nümayəndə heyətinə universitet haqqında ətraflı məlumat veriblər. Azərbaycan nümayəndə heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış ediblər. Nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov çıxışında iki ölkə arasında mövcud olan dostluq əlaqələrindən, əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açıb. Görüşün sonunda Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
Krakovda sonuncu görüş XV əsrin əvvəllərindən fəaliyyət göstərən Yaqellon Universitetində keçirilib. Burada da Azərbaycan ali təhsil müəssisələrinin rektorları çıxış ediblər. Sonda Bakı Dövlət Universiteti ilə Yaqellon Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu gün görüşlər Varşavada davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO