Milli Məclis cümə günü keçirilən plenar iclasda “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanununda dəyişiklikləri təsdiq edib.
Trend-in məlumatına görə, sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən, şəxsiyyəti təsdiq edən sənədlər sırasına pasport və şəxsiyyət vəsiqəsi ilə yanaşı fərdi identifikasiya kartı da daxil edilib.
Fərdi identifikasiya kartı verilənədək 15 yaşı tamam olmamış vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış təsdiq edir.