Azərbaycanda sürücülərin cərimə ballarının hesablanması qaydalarına dəyişikliklər edilib

Nazirlər Kabinetindən verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin icrasını təmin etmək məqsədilə “Yol hərəkəti haqqında” Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”na əlavələr eilib.

Əlavələrə görə, İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

Digər bir əlavədə qeyd olunur ki, şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO