Azərbaycanda saxlanılan sərhəd pozucularının 40,5 faizini qadınlar təşkil edib


Ötən il Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirləri nəticəsində 637 nəfər sərhəd pozucusu tutulub, təqribi məbləği 8 milyon 223 min manat dəyərində qaçaqmalçılıq predmeti olan pul,qiymətli kağızlar və zinət əşyaları, narkotik vasitəlәr, azad dövriyyəsi qadağan edilmiş digər predmetlər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Milli Məclisə göndərilmiş 2012-ci il hesabatında göstərilib.
Sərhəd pozucularının saxlanılan istiqamətlərə görə müqayisəli təhlili göstərir ki, tutulan sərhəd pozucularının çoxu, yəni 36,6 faizi (233 nəfər) Rusiya Federasiyası ilə dövlət sərhədində, 34,9 faizi (222 nəfər) hava limanlarında, 14,9 faizi (95 nəfər) İran İslam Respublikası ilə dövlət sərhədində, 11,3 faizi (72 nəfər) Gürcüstan ilə dövlət sərhədində, 2,0 faizi (13 nəfər) dənizdə və 0,3 faizi (2 nəfər) Türkiyə Respublikası ilə dövlət sərhədində saxlanılıb.
Tutulan sərhəd pozucularının əksəriyyəti, yəni 63,1 faizi (402 nəfəri) Azərbaycan vətəndaşları, eləcə də 9,6 faizi (61 nəfəri) Özbəkistan, 6,0 faizi (38 nəfəri) İran İslam Respublikası, 5,8 faizi (37 nəfəri) Gürcüstan, 2,8 faizi (18 nəfəri) Nigeriya, 2,7 faizi (17 nəfəri) Əfqanıstan, 2,5 faizi (16 nəfəri) Moldova, 1,9 faizi (12 nəfəri) Rusiya Federasiyası,1,4 faizi (9 nəfəri) Türkiyə,1,3 faizi (8 nəfəri) Pakistan, 0,8 faizi (5 nəfəri) İsrail, 0,3 faizi (2 nəfəri) Qırğızıstan, 0,3 faizi (2 nəfəri) Ukrayna, 0,3 faizi (2 nəfəri) Banqladeş, 0,2 faizi (1 nəfəri) Türkmənistan, 0,2 faizi (1 nəfəri) Tacikistan, 0,2 faizi (1 nəfəri) Böyük Britaniya, 0,2 faizi (1 nəfəri) Şri-Lanka, 0,2 faizi (1 nəfəri) Çin, 0,2 faizi (1 nəfəri) Somali, 0,2 faizi (1 nəfəri) Qana vətəndaşları və 0,2 faizi (1 nəfəri) vətəndaşlığı olmayan şəxs olub.
Sərhəd pozucularının 40,5 faizini (258 nəfəri) qadınlar təşkil edib.
Sərhəd rejim qaydalarını pozduğu üçün 13.661 nəfər saxlanılaraq barələrində müvafıq tədbirlər görülüb.
Odlu silah və döyüş sursatlarının, partlayıcı maddələrin istehlakı, saxlanılması, oğurlanması və satılmasına qarşı mübarizə tədbirləri nəticəsində 3 avtomat silah, 8 tapança, 49 pnevmatik tapança, 3 pnevmatik tüfəng, 12 tüfəng, 21 kq barıt, müxtəlif ölçülü 1665 patron aşkarlanaraq götürülüb.
İdeoloji cəhətdən zərərli ədəbiyyatın ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 326 ədəd kitab, 2527 ədəd DVD disk və 2 ədəd xəritə aşkarlanaraq götürülüb.
Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən keçirməyə cəhd göstərilərkən 251 kq 233 qram narkotik maddə aşkar edilərək götürülüb. Narkotik maddələrin 40,9 faizi (102 kiloqram 712 qram) tiryək, 43,1 faizi (108 kiloqram 217 qram) həşiş, 10,4 faizi (26 kiloqrpam 132 qram) heroin, 3,0 faizi (7 kiloqram 518 qram) narkotik tərkibli həb, 2,6 faizi (6 kiloqram 604 qram) narkotik tərkibli bitki, 0,02 faizi (50 qram) nas olmuş, “Xaş-Xaş 2012” şərti adı altında keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitmiş 23,26 ton narkotik xassəli bitki yığılaraq yerli hüquq-mühafızə orqanları və ictimaiyyətin iştirakı ilə məhv edilib.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində “saxla” statusunda olan 2070 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq təhvil verilib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO