Azərbaycanda çörəyin keyfiyyəti və şadlıq evlərinin işi ilə bağlı yoxlamalar davam edir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evləri sahiblərindən bu sahədə mövcud olan dövlət standartlarına riayət olunmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında komitənin Dövlət nəzarəti xidmətinin rəhbəri Əbülfət İmanov bildirib.
Onun sözlərinə görə, bu sahədə yoxlamalar müntəzəm şəkildə aparılır və bu məsələdə əhaliyə həm servis sahəsində keyfiyyətli xidmətlərin təqdim olunması, həm də qida məhsullarının keyfiyyəti prioritet məsələdir.
“Bu məsələ çox aktualdır və hazırda şadlıq evlərində onlar tərəfindən göstərilən xidmətlərin keyfiyyət standartlarına uyğun olaraq yoxlamalar aparılır”, – İmanov qeyd edib.
Onun sözlərinə görə, yoxlamalar bütün ölkə ərazisində aparılır, lakin şadlıq evlərinin böyük əksəriyyəti – təxminən 165 obyekt Bakıda yerləşir.
İmanovun sözlərinə görə, həmçinin, Azərbaycanda istehsal olunan çörəyin keyfiyyəti və normalara uyğunluq məsələsi daim idarənin nəzarəti altındadır.
İmanov vurğulayıb ki, müntəzəm şəkildə keçirilən yoxlamalar haqqında məlumatlar hər həftə bu məsələni nəzarət altında saxlayan komitə rəhbərliyinə təqdim olunur.
Onun sözlərinə görə, yoxlamalar ölkənin bütün regionlarında həyata keçirilir. Hazırda Azərbaycan ərazisində çörəklə bağlı 11 standart tətbiq olunur ki, bunlardan 5-i yerli, 6-sı beynəlxalq standartlardır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO