Azərbaycanda qatarlardan istifadə edən sərnişinlər üçün yeni xəbər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə gücləndirilmiş iş rejiminə keçəcək.

Cəmiyyətin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bayram və istirahət günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO