Azərbaycanda nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq problemi yaranı

Azərbaycanda brokanyerlərlə mübarizə üçün işlər davam etdirilir. Amma buna baxmayaraq, bu proseslərin tamamilə qarşısını almaq hələ də mümkün olmayıb və nəticədə törədici balıqların sayında azalma müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə bildirib.

Hacıyev deyib ki, bu səbəbdən nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq mümkün deyil.

Nazir müavini qeyd edib ki, bütün Xəzəryanı ölkələr balıq ehtiyatlarını qorumaq üçün mühafizə ilə məşğuldur.

O, həmçinin bildirib ki, nərə balıqların azalmasının daha bir səbəbi antropogen amillərlə bağlıdır.

“Xəzər dənizinə Qara dənizdən mioksis adlanan meduza düşüb. Bu faktor da kilkə balıqların azalmasına səbəb olub. Kilkə balıqları da nərəkimilərə yem kimi istifadə olunur. Bundan başqa subyektiv faktor da var. Nərə cinsli balıq keçid balıqlardır. Onlar dənizdə yaşayır və kürü tökmək üçün çaya çıxmalıdır. Çayın keçid hissənin tutulması nərəkimilərin kürüləmə yerinə keçməsinə çətinlik törədir”, – Hacıyev deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO