Azərbaycanda gələcəkdə Dövlət Vahid İstintaq Komitəsi və Andlılar Məhkəməsi yaradıla bilər


Gələcəkdə Azərbaycanda Dövlət Vahid İstintaq Komitəsi və Andlılar Məhkəməsi yaradıla bilər. Trend-in məlumatına görə, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib.

“40 ilə yaxındır praktika və nəzəriyyədə bu məsələ müzakirə olunur. Hələ ki, MDB ölkələrindən Rusiyada bu qurumlar yaradılıb. Bizdə də gələcəkdə belə qurumlar yaradıla bilər. Dövlət Vahid İstintaq Komitəsi istintaqların hamısını ləğv etmir, digər qurumlarda da istintaq aparılır. Bu, ilkin təcrübədə öyrənilir və gələcəkdə bu məsələyə baxıla bilər”, – Məmmədov bildirib.

Ədliyyə naziri hesabat çıxışında, həmçinin aliment ödənilməməsinə görə qanunvericiliyin sərtləşdirilməsinin artıq nəticə verdiyini bildirib.

“Bu yaxınlarda nazirliyin geniş kollegiya iclası keçirilib. İşdə qüsurlara yol vermiş 30-a qədər icra məmuru intizam məsuliyyətinə cəlb olunub. Bu sahədə mövcud imkanları səfərbər etməyə çalışırıq ki, işimizi daha da yaxşılaşdıraq”, – Məmmədov qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO